19 
Apr
2024
00:52
211
18
1326
Virtual karabakh

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

19 Apr, 2024
00:52
1326

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

Bu barədə Oxu.Az-a Azərbaycan Gimnastika Federasiyasından bildiriblər.

Xatırladaq ki, ötən gün idman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının üzvü Nikita Simonov halqalarla hərəkətlərdə, Nazənin Teymurova isə dayaqlı tullanmada Dünya Kubokunun finalına yüksəlib.

Qeyd edək ki, aprelin 17-dən 20-dək Qətərin paytaxtı Dohada kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku yarışları keçirilir.

18.04.2024, 10:02

İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.

Oxu.Az federasiyanın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, kişilərin yarışında Nikita Simonov halqalar üzrə proqramı uğurla yerinə yetirərək həlledici mərhələyə yüksəlib.

Qadınlarda isə dayaqlı tullanma proqramında Nazənin Teymurova finala vəsiqə qazanıb.

Qeyd edək ki, yarışa aprelin 20-də yekun vurulacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri