10 
Apr
2024
17:04
20
239
4590
Virtual karabakh

Gözündən zədələnən Hacı Əliyevin sağlamlığında daha bir problem aşkarlandı - VİDEO

10 Apr, 2024
17:04
4590

Gözündən zədələnən Hacı Əliyevin sağlamlığında daha bir problem aşkarlandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gözünə mikrob düşüb şişən sərbəst güləşçisi Hacı Əliyevin dizindəki zədəsi ağırlaşıb.

Bu barədə Oxu.Az-a Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı məlumat verib.

Onun sözlərinə görə, Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə əldə edən Hacı Əliyev Bakıda keçirilən turnirinin yarımfinal görüşündə gözündən və dizindən ciddi zədə alıb.

Hazırda gözü ilə bağlı şəxsi həkiminin yanında müalicə alan güləşçinin vəziyyətinin normal olduğu, bir-iki həftəyə tamamilə sağalacağını bildirən Sərxan Musalı idmançının dizindəki problemin Paris-2024-ə qədər aradan qaldırılacağını deyib.

Qeyd edək ki, Hacı Əliyev dizindəki problemə görə uzun müddətdir ki, fərdi hazırlıq proqramı ilə məşq edir.

 

Anar Həsənov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri