27 
Mar
2024
18:04
9
49
1043
yuxarı
AFFA yarımçıq dayandırılan oyunla bağlı cəzaları açıqladı
27 Mar, 2024
18:04
1043
9
49
AFFA yarımçıq dayandırılan oyunla bağlı cəzaları açıqladı
AFFA İntizam Komitəsi Gənclər Liqasının yarımçıq dayandırılan İCBFA – “Turan Tovuz” oyunu ilə bağlı cəzaları açıqlayıb.
“Report”un məlumatına görə, qurum görüşdə qırmızı vərəqə alan hər komandanın 4 futbolçusunu 4 matçlıq diskvalifikasiya edib.
“Turan Tovuz”dan Fərid Cəfərov, Tahir Tağıyev, Məhəmməd Abbasov və Dəniz Rəcəbov, İCBFA-dan isə Fərid Eyvazov, Heydər Cəbrayılov, Cavid Məmmədov və Fərid Quliyev qarşıdakı 4 görüşü buraxacaqlar. Onlardan Fərid Cəfərov hakimi təhqir etdiyinə, digərləri təcavüzkar davranışa görə cəzalandırılıblar.
“Turan Tovuz”un köməkçi məşqçisi Ruslan Abbasov isə son dəqiqələrdə meydana daxil olaraq hakimin qərarına etirazını bildirib. Həmin hərəkətinə görə qırmızı vərəqə alan mütəxəssis 2 oyunluq cəzaya məruz qalıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək