Apr
2023
22:08
92
42
1812
Virtual karabakh

“Kəpəz” autsayderə qalib gəldi, “Neftçi” qələbəni əldən verdi

1 Apr, 2023
22:08
1812

“Kəpəz” autsayderə qalib gəldi, “Neftçi” qələbəni əldən verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında XXVIII turun daha iki oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, günün ilk matçı Gəncədə baş tutub. “Kəpəz” burada autsayder “Səbail”i minimal hesabla məğlub edib. Gəncəlilərin yeganə qoluna Abdullahi Şuaybu imza atıb.

Xallarını 25-ə çatdıran “Kəpəz” “Sumqayıt”ı geridə qotaraq turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib. “Səbail” isə əvvəlki kimi 17 xalla sonuncu - 10-cudur.

Günün digər oyununda “Zirə” azarkeşləri önündə “Neftçi” ilə üz-üzə gəlib. Görüş qollu bərabərliklə başa çatıb. “Ağ-qaralar” Kilan Lebonun qolu ilə hesabda önə keçsələr də, Kenni Sayefin avtoqolu ev sahiblərinə xal qazandırıb.

Bu nəticədən sonra “Neftçi” 57 xalla 3-cü, “Zirə” 38 xalla 4-cüdür.

Azərbaycan Premyer Liqası
XXVIII tur

1 aprel

“Kəpəz” - “Səbail” - 1:0
Qol:
A.Şuaybu, 68

“Zirə” - “Neftçi” - 1:1
Qollar:
Kenni Sayef, 70 (öz qapısına) - Kilan Lebon, 12

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri