27 
Mar
2023
10:44
72
10
2963
Virtual karabakh

De Byazi iki futbolçudan imtina etdi: Biri də zədəlidir

27 Mar, 2023
10:44
2963

De Byazi iki futbolçudan imtina etdi: Biri də zədəlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində İsveçə qarşı II tur oyunu üçün “23-lüy”ü müəyyənləşib.

Oxu.Az xəbər verir ki, Canni De Byazi 25 nəfərlik heyətdən iki oyunçunun xidmətindən imtina edib. Bunlar “Sabah”ın futbolçuları Ceyhun Nuriyev və Tellur Mütəllimovdur. Nuriyev Avstriya ilə qarşılaşmada da iştirak ərizəsinə daxil edilməsə də, Mütəllimov həmin oyunu ehtiyat oyunçular skamyasından izləyib. Əvəzində baş məşqçi ötən matçda heyətə daxil etmədiyi Rüstəm Əhmədzadə (“Zirə”) və Azər Salahlını (“Neftçi”) bu dəfə sərəncamında görmək istəyib.

Qeyd edək ki, daha əvvəl Eddi İsrafilov zədə səbəbindən millinin düşərgəsini tərk edib.

Xatırladaq ki, bu gün Solnadakı “Friends Arena”da keçiriləcək İsveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri