Fev
2023
22:49
140
15
1356
Virtual karabakh

Varan Fransa millisindəki çıxışını başa vurdu – FOTO

2 Fev, 2023
22:49
1356

Varan Fransa millisindəki çıxışını başa vurdu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rafael Varan Fransa millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

“Mançester Yunayted”in 29 yaşlı müdafiəçisi 2022-ci il dünya çempionatının finalındakı məğlubiyyət, fiziki və psixoloji yorğunluq, həmçinin dizindəki problemlərə görə belə qərar verib.

“On il ərzində böyük ölkəmizi təmsil etmək bəlkə də həyatımın ən böyük şərəfi idi. Hər dəfə milli komanda üçün bu xüsusi formanı geyinəndə böyük qürur hissi keçirirdim. Bir neçə ay bu barədə düşündüm və qərara gəldim ki, beynəlxalq karyeramı bitirmək vaxtıdır. Dünya Kubokunu evə necə gətirdiyimizi (2018-ci ildə - red.) heç vaxt unutmayacağam. Həmin gün yaşadığım bütün hissləri hələ də hiss edirəm. Bu, həyatımın ən böyük və ən yaddaqalan anlarından biri idi.

Birlikdə qazandığımız bu qələbə Didye Deşamın, heyətimizin hər bir üzvü, hər matçda bu formanı geyən komanda yoldaşlarımın dəstəyi olmadan heç vaxt mümkün olmazdı.

Amma daha önəmlisi odur ki, bu qələbə hər bir azarkeşin dəstəyi olmadan mümkün olmayacaqdı. Keçən il finalda uduzduqdan sonra da qayıdanda bizi qəhrəman kimi qarşıladınız. Hər birinizə min dəfə “sağ ol” deyirəm!

Bu anlar üçün mütləq darıxacağam, amma yerimi yeni nəslin tutmasının vaxtıdır. Məsuliyyəti öz üzərinə götürməyə hazır, şansa layiq gənc oyunçularımız var”, - Varan sosial şəbəkədə yazıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri