30 
Yan
2023
22:45
40
111
1802
Virtual karabakh

Qattuzo “Valensiya”nı tərk etdi

30 Yan, 2023
22:45
1802

Qattuzo “Valensiya”nı tərk etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cennaro Qattuzo tərəflərin razılığı ilə “Valensiya”nın baş məşqçi postunu tərk edib.

Məlumata görə, onun istefası ilə bağlı qərar rəhbərliklə uzun sürən söhbətdən sonra verilib.

Belə ki, 45 yaşlı mütəxəssis heyəti gücləndirmək zərurətində israr edib.

İtaliyalının rəhbərliyi altında İspaniyanın cari çempionatında 18 oyunda 20 xal toplayan klub 14-cü pillədə qərarlaşıb. La Liqada son 10 oyunda komanda cəmi bir dəfə qalib gəlib, beş dəfə isə uduzub.

Qattuzo 2022-ci ilin iyunundan “Valensiya”ya rəhbərlik edirdi.

Mənbə: sports.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri