28 
Noy
2022
03:53
128
63
2530
Virtual karabakh

FİFA butslarında Rusiya bayrağı olan kamerunlu futbolçunu cəzalandırmayacaq

28 Noy, 2022
03:53
2530

FİFA butslarında Rusiya bayrağı olan kamerunlu futbolçunu cəzalandırmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Futbol Federasiyasının (FİFA) nizam-intizam komissiyası 2022-ci il dünya çempionatının qrup oyununda İsveçrə ilə matça üzərində Rusiya bayrağının təsviri olan butslarla çıxan Kamerun millisinin yarımmüdafiəçisi Qael Onduanı cəzalandırmağı planlaşdırmır.

Bu barədə FİFA-nın mətbuat katibi Covanni Martiyə istinadən məlumat yayılıb.

“Sizə deyə bilərəm ki, intizam komissiyası bundan xəbərdardır, amma burada heç bir problem yoxdur, çünki o, Rusiyada böyüyüb. O, Kamerun və Rusiyadandır və bu, yalnız öz ölkəsinin bayrağıdır”, - FİFA-nın mətbuat katibi bildirib.

Xatırladaq ki, noyabrın 24-də Ondua Qətərdə İsveçrə ilə matçda üzərində Kamerun bayrağı ilə yanaşı, Rusiya Federasiyasının bayrağının da təsvir olunduğu buts geyinib.

27 yaşlı futbolçu butsların fotosunu öz Telegram kanalında yayımlayıb.

Qeyd edək ki, Ondua Rusiya vətəndaşıdır. Uşaqlığını atasının diplomatik fəaliyyəti ilə əlaqədar Rusiyada keçirib, Moskvanın “Lokomotiv” və MOİK gənclər komandalarında çıxış edib.

O, İsveçrə ilə matça ehtiyatda başlayıb və 68-ci dəqiqədə meydana daxil olub. Həmin vaxt Kamerun millisi 0:1 hesabı ilə uduzurdu, final fitinə qədər hesab dəyişməyib.

Mənbə: İnterfaks

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri