7 
Okt
2022
12:40
132
11
780
yuxarı
Şuşanın “Qarabağ” reqbi klubu Gürcüstanda təşkil edilən turnirdə iştirak edəcək
7 Okt, 2022
12:40
780
132
11
Şuşanın “Qarabağ” reqbi klubu Gürcüstanda təşkil edilən turnirdə iştirak edəcək
Gürcüstanın paytaxtı Tbilisidə 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında idmanın reqbi növü üzrə beynəlxalq turnir keçiriləcək.
Turnir gürcü reqbi mütəxəssisi Sulxan Sulxanişvilinin xatirəsinə həsr olunub.
Azərbaycanı yarışda Şuşanın “Qarabağ” reqbi klubu təmsil edəcək.
Oyunlar Tbilisinin “Avçala” Reqbi Stadionunda keçiriləcək.
Qeyd olunur ki, qrup mərhələsinin oyunları oktyabrın 9-da, yerli vaxtla saat 13:00-da, turnirin final matçı isə saat 17:20-də start götürəcək.
Öz növbəsində “Qarabağ” reqbi klubu Gürcüstanda və Tbilisidə yaşayan soydaşlarımıza müraciət edib.
Klub rəhbərliyi soydaşlarımızdan “Qarabağ” reqbi klubunun oyunlarında iştirak edərək idmançılarımızdan öz dəstəyini əsirgəməməyi xahiş edib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
25 
Apr
2024
01:01
“Mançester Yunayted”dən qələbə, “Liverpul” liderlik şansını əldən verdi - VİDEO
50
25
2015
24 
Apr
2024
23:44
Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
129
2
562
24 
Apr
2024
23:32
Qurban Qurbanov: “Rəşad Sadıqovla aramızda müəllim-şagird söhbəti olmayıb”
150
6
1300