16 
Avq
2022
00:49
157
23
2863
Virtual karabakh

“Yuventus” liqaya üç qol və üç xalla başladı – YENİLƏNİB + VİDEO

16 Avq, 2022
00:49
2863

“Yuventus” liqaya üç qol və üç xalla başladı – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya A seriyasında ilk tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, turun son oyununda “Yuventus” “Sassuolo”nu qəbul edib.

Turindəki matçda meydan sahibləri üç cavabsız qola seviniblər.

“Yuventus”un heyətində Anxel Di Mariya ilk matçında azarkeşləri qolla salamlayıb. Duşan Vlahoviç isə iki dəfə fərqlənib.

Qarşılaşmanın qollarını təqdim edirik:

23:11

İtaliya A seriyasının açılış turu davam edir.

Oxu.Az xəbər verir ki, günün maraqlı qarşılaşmalarından biri “Verona”da baş tutub.

Şəhərin eyniadlı komandası “Napoli”ni qəbul edib.

Azarkeşlərin 7 qola şahidlik etdikləri matçda qonaqlar 5:2 hesablı qələbəyə seviniblər.

“Napoli”nin heyətində gürcü futbolçu Xviça Kvaratsxeliyanın debütü xüsusi uğurlu alınıb. O, 68 dəqiqə meydanda qaldığı qarşılaşmada bir qol və bir məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycanda “Kəpəz” və “Şəmkir” klublarındakı çıxışı ilə məşhurlaşmış, milli komandamızın da formasını geyinmiş gürcü hücumçu Badri Kvaratsxeliyanın oğludur.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri