17 
Yan
2022
06:42
112
12
2139
Virtual karabakh

FIFA-da qalmaqal: Qurumun rəhbəri Sürixdən Qətərə köçüb

17 Yan, 2022
06:42
2139

FIFA-da qalmaqal: Qurumun rəhbəri Sürixdən Qətərə köçüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçrənin “Blick” qəzetinin məlumatına görə, FIFA prezidenti Canni İnfantino oktyabr ayından Dohada yaşayır.

Hələ mart ayında təşkilat liderinin Qətərə köçəcəyi ilə bağlı bütün şayiələri təkzib etmişdi. Lakin indi FIFA həqiqətən də İnfantinonun orada özü və ailəsi üçün kirayə ev tutduğunu təsdiqləyib.

Nəşrin məlumatına görə, qurum rəhbəri təşkilatın Sürixdəki əsas ofisində nadir hallarda görünür və bu, əməkdaşlar arasında çox iciddi narazılıqlar yaradır.

FIFA-nın məlumatına görə, onun prezidentinin Qətərdə yaşaması DÇ-2022-nin təşkilatı məsələlərini tez həll etmək zərurəti ilə bağlıdır. Lakin qurumdakı korrupsiya qalmaqalları fonunda bu iddia da sual altındadır.

Həmçinin, məlumata görə, İnfantinonun dörd qızından ikisi Dohada məktəbdə oxuyur və o, özü də çox vaxt Qətərin hakim ailəsinin üzvləri ilə birlikdə vaxt keçirir. Şayiələrə görə, İnfantino Qətər əmiri və onun dostları ilə isti münasibətlərə malikdir.

Qeyd edək ki, 2022-ci il dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Mənbə: Sports.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri