17 
Yan
2022
04:06
11
118
3780
Virtual karabakh

Başına plastik çubuq dəyən futbolçunun diaqnozu açıqlandı

17 Yan, 2022
04:06
3780

Başına plastik çubuq dəyən futbolçunun diaqnozu açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sevilya” klubundan İspaniya kubokunun “Betis”lə matçında tribunadan atılan plastik çubuğun başına tuş gəldiyi yarımmüdafiəçi Xoan Xordanın durumu barədə məlumat verilib.

Bildirilib ki, hadisədən sonra dərhal xəstəxanaya çatdırılan ispaniyalıda beyin silkələnməsi aşkarlanıb. Futbolçuya kəllə-beyin travması diaqnozu qoyulub və o, evdə müşahidə altındadır.

Qeyd edək ki, İspaniya kubokunun 1/8 final mərhələsinin “Betis” – “Sevilya” oyununda ilk hissədə hesab 1:1 olarkən tribunalardan atılan plastik çubuq Xordanın başına dəyib. Futbolçunun yerə yıxılmasının ardından oyun yarımçıq dayandırılıb.

Mənbə: Sports.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri