30 
Dek
2021
10:40
338
48
12879
Virtual karabakh

Zabit Səmədov şirkət açır: Azərbaycanın iki güclü idmançısı qarşı-qarşıya

30 Dek, 2021
10:40
12879

Zabit Səmədov şirkət açır: Azərbaycanın iki güclü idmançısı qarşı-qarşıya

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kikboksçu Zabit Səmədov MMA və kikboksinq üzrə promouter şirkəti açır.

Bu barədə Oxu.Az-a idmançının özü məlumat verib:

“Hazırda “Zabit Səmədov” döyüş məktəbinin zalında Tofiq Musayev, Vüqar Kərəmov kimi idmançılar məşq edir. Biz “TT Fight” kimi ölkənin aparıcı döyüş klublarına, Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərova da müraciət etmişik.

Onların idmançılarını yaradacağım şirkətin rəhbərliyi altında döyüşə dəvət edirik. Hər çəki üzrə səkkiz idmançı arasında seçmə turnir təşkil edəcəyik. Qaliblər Bakıda təşkil edəcəyimiz beynəlxalq turnirdə mübarizə apara biləcək. Əgər xaricdə belə MMA döyüşləri təşkil olunursa, niyə Bakıda beləsini keçirməyək?!”

O bildirib ki, bu şirkətin rəsmi adı gələn ilin əvvəlində bilinəcək: “Hazırda sənədləşmə işləri üzərində işləyirik. Şirkətin adını hələ ki “Zabit Səmədov” kimi adlandırırıq. Ancaq yeni ad olacaq”.

Zabit Səmədov onu da bildirib ki, MMA-da yüngül çəkidə Azərbaycanın ən titullu iki idmançısı – Nəriman Abbasovla Tofiq Musayevi döyüşdürmək istəyir: “Bilirəm ki, çoxlarınız Azərbaycanın ən güclüsünün kim olduğunu bilmək istəyir. Çoxları Tofiqlə Nərimanın döyüşməsində maraqlıdır. Mən də hər iki tərəf üçün Bakıda belə döyüş keçirmək istəyirəm. İnanıram ki, hər iki tərəfdən müsbət cavab alacağam”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri