Dek
2021
12:57
162
35
2937
Virtual karabakh

Azərbaycanın beş güləşçisinə pul mükafatı veriləcək - ADLAR

2 Dek, 2021
12:57
2937

Azərbaycanın beş güləşçisinə pul mükafatı veriləcək - ADLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın 5 güləşçisi Ümumdünya Güləş Birliyi (UWW) tərəfindən mükafatlandırılacaq.

Oxu.Az-ın xəbərinə görə, bunlar sərbəst güləşdə Osman Nurməhəmmədov (92 kq), yunan-Roma güləşində Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq), Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynovdur (82 kq).

Bunlardan Rafiq Hüseynov dünya reytinqini birinci yerdə başa vurduğu üçün 10 min dollar, digər 4 güləşçimiz üçüncü olduğu üçün 3 min dollar mükafat alacaq.

Dağıstan əsilli güləşçimiz, 23 yaşadək (U-23) idmançıların dünya çempionu Osman Nurməhəmmədov reytinqdə 39 xal qazanıb. O, Avropa çempionatında qazandığı bürünc medala görə 16 xal qazanıb.

Eldəniz Əzizli də 39 xalla öz çəkisində reytinqin üçüncüsü olub. Bu il Avropa çempionatındakı bürünc medalı ona 16 xal, Oslodakı dünya birinciliyindəki üçüncülüyü 23 xal qazandırıb.

Taleh Məmmədovun 38 xalı Osloda beşinci yeri tutduğu üçün (20 xal) və Avropa çempionatındakı gümüş medalına görədir (18 xal).

Sənan Süleymanov 58 xal qazanıb. 40 xal dünya ikinciliyinə görə, 18 xal Avropa üçüncülüyünə görə verilib.

Bu il ən uğurlu güləşçimiz olan Rafiq Hüseynov 70 xal toplayıb. O, dünya çempionu olmaqla rusiyalı Adlan Akiyevi reytinqdə qabaqlayıb. Halbuki dünya çempionatına qədər Polşa Açıq çempionatında qazandığı bürünc medala görə onun yalnız 10 xalı olub. Ona dünya çempionluğuna görə əlavə 60 xal verilib. Tokio Olimpiadasında 82 yox, 77 kq çəki dərəcəsində gümüş medal qazandığından, buna görə ona əlavə 6 xal verilməyib. Lakin bu belə onun ən yaxın rəqibi Adlan Akiyevi 9 xal fərqlə qabaqlamasına mane ola bilməyib.

Qeyd edək ki, güləşin hər üç növü üzrə 30 idmançıya (ümumilikdə 90 güləşçiyə) dünya reytinqinin ilk “üçlüy”ündə yer aldığı üçün mükafat verilir. Birinci yerə 10 min dollar, ikinci yerin sahibinə 7 min dollar və üçüncü pilləni tutana 3 min dollar təqdim olunacaq. UWW Tokio Olimpiadasında qızıl medal qazananlara əlavə 10 xal, gümüş medalçılara 6 və bürünc mükafatçılara 3 xal verib.

Onu da bildirək ki, UWW hələ qadın güləşçilərin yekun reytinq cədvəlini açıqlamayıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri