30 
Noy
2021
12:06
170
43
2220
Virtual karabakh

Azərbaycandan “Qızıl top”a namizəd kimi Messi yox, Kante göstərilib

30 Noy, 2021
12:06
2220

Azərbaycandan “Qızıl top”a namizəd kimi Messi yox, Kante göstərilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” (Ballon d'Or) mükafatı üçün Azərbaycandan kimə səs verildiyi bilinib.

Oxu.Az-ın xəbərinə görə, səsvermə hüququ olan jurnalist Rasim Mövsümzadə Fransa millisinin və İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi NQolo Kanteni bu ilin ən yaxşı futbolçusu saydığını açıqlayıb. O isə yekun sıralamada beşinci olub. 

Mövsümzadə ikinci sırada İtaliya millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Jorjinyonu, Polşa yığmasının və Almaniyanın “Bayern” klubunun hücumçusu Robert Levandovskini üçüncü kimi yazdığını deyib. Çox maraqlıdır ki, həmkarımız qalib seçilən Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messini beşinci kimi göstərib.

Qeyd edək ki, Lionel Messi 613 xalla birinci yeri tutub və karyerasında yeddinci dəfə bu fərdi titula yiyələnib. Robert Levandovski 580 xalla ikinci və Jorjinyo 460 xalla üçüncü yeri tutub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri