29 
Noy
2021
22:42
261
27
6629
Virtual karabakh

Ronaldu: “Mənim adımdan özünü tanıtmaq üçün istifadə etdi” - FOTO

29 Noy, 2021
22:42
6629

Ronaldu: “Mənim adımdan özünü tanıtmaq üçün istifadə etdi” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliya millisi və “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu onun barəsində jurnalist Paskal Ferrenin iddialarını təkzib edib.

Futbolçu karyerasını Messidən daha çox “Qızıl top”la bitirmək niyyətində olması barədə jurnalistin irəli sürdüyü fikirləri yalan adlandırıb.

“Paskal Ferre yalan danışdı, mənim adımdan özünü və işlədiyi nəşri tanıtmaq üçün istifadə etdi. Fransa futboluna və “Qızıl top”a həmişə hörmət etmiş birinə qarşı bu cür yalan danışması qəbuledilməzdir”, - deyə Ronaldu özünün “Facebook” səhifəsində yazıb.

“Karyeramı əvvəldən formalaşdıran idmançılıq və ədalətli oyun prinsipləri çərçivəsində kim qalib gəlirsə, həmişə onu təbrik edirəm. Çünki heç vaxt heç kimə qarşı olmamışam. Mən həmişə özüm və təmsil etdiyim klublar üçün qazanıram, mənə yaxşılıq arzu edənlər üçün qazanıram. Heç kimə qalib gəlmirəm.

Karyeramın ən böyük ambisiyası təmsil etdiyim klublar üçün və ölkəmin millisi üçün yerli və beynəlxalq titullar qazanmaqdır. Karyeramın ən böyük ambisiyası peşəkar futbolçu olan və ya olmağı arzulayan hər kəsə yaxşı nümunə olmaqdır. Ən böyük karyera ambisiyam adımın dünya futbol tarixinə qızıl hərflərlə yazılmasıdır”, - deyə futbolçu qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri