28 
Noy
2021
20:08
103
34
2423
Virtual karabakh

“Mançester Siti”dən qələbə, “Milan” liderliyi əldən verdi - VİDEO

28 Noy, 2021
20:08
2423

“Mançester Siti”dən qələbə, “Milan” liderliyi əldən verdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropanın aparıcı futbol çempionatlarında növbəti turun oyunları keçirlib.

Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında yuxarı pillələrdə qərarlaşan iki klub - “Mançester Siti” və “Vest Hem” arasındakı qarşılaşma liderlik yarışı baxımından maraq doğurub.

Mançesterdə baş tutan oyun yerli komandanın 2:1 hesablı qələbəsilə başa çatıb.

Qeyd edək ki, şəhərin daha bir klubu bugün ciddi sınaqla üzləşəcək. Belə ki, bir qədər sonra turun mərkəzi matçı sayılan “Çelsi”-“Mançester Yunayted” oyunu başlayacaq.

İtaliya A seriyasında isə lider dəyişikliyi baş verib. Səfərdə turnir cədvəlinin ortalarında qərarlaşan “Sassulo”ya uduzan “Milan” liderliyi əldən verib - 1:3.

Hazırda çempionata “Milan”la eyni xala (32) malik, lakin bir oyun az keçirmiş “Napoli” başçılıq edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri