15 
Okt
2021
21:27
33
171
5672
Virtual karabakh

AFFA-dan “Təşkilat” serialındakı görüntülərlə bağlı AÇIQLAMA - FOTO

15 Okt, 2021
21:27
5672

AFFA-dan “Təşkilat” serialındakı görüntülərlə bağlı AÇIQLAMA - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyənin TRT kanalında yayımlanan “Teşkilat” serialının bazar günü efirə veriləcək növbəti bölümünün anonsunu izlədiyimiz zaman filmdəki bəzi xarakterləri canlandıran aktyorların istifadə etdiyi idman geyimlərinin üzərində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının loqotipinin olması bizim üçün təəccüblü və gözlənilməz oldu”.

Bu sözlər Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Facebook” profilində paylaşılıb. 

Bildirilib ki, AFFA ilə TRT və ya serialın yaradıcı qrupu arasında əməkdaşlıq müqaviləsi və hər hansı digər razılaşma yoxdur.

“Serialın istehsalçısı olan “TIMS&B productions” şirkəti ilə əlaqə saxlanılıb. Qeyd olunub ki, gələcəkdə AFFA-nın loqosundan istifadə olunması nəzərdə tutularsa, öncədən AFFA-ya məlumat verilsin” – deyə bildirlib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri