24 
İyl
2021
21:19
20
290
4880
Virtual karabakh

Millimizin böyük məşqçisi Olimpiadadakı uğursuzluqdan danışdı

24 İyl, 2021
21:19
4880

Millimizin böyük məşqçisi Olimpiadadakı uğursuzluqdan danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Boks üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Nəriman Abdullayev yığmanın üzvləri Tayfur Əliyev (-57 kq) və Lorenso Sotomayorun (-69 kq) Tokio Olimpiadasında çıxışını dəyərləndirib:

"Tayfur döyüşün birinci raundunda qalib gəlmişdi. Raundun axırında zərbə buraxdı. Zərbə bir az ağır alındı. İkinci raundda döyüş öz xarakterini dəyişdi. Bəli, razıyam, bu raundu uduzdu. Üçüncü raunddan bir qədər narazıyıq. Bu raundda hər iki tərəfə qələbə vermək olardı. Tayfur ikinci raundu əldən verməsə, qalib gələ bilərdi. İkinci raund elə davam etdi ki, bu hesabdan geri-dönüş alınmadı. Lorenso isə daha yaxşı döyüşə bilərdi. Üçüncü raundda boksçumuzun döyüşündə müsbət dəyişiklik vardı, lakin qaşı zədələndiyi üçün hakimlər görüşü yarımçıq dayandırdılar".

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri