May
2021
01:40
81
28
3788
Virtual karabakh

UEFA Avropa Super Liqasını tərk edən doqquz klubla bağlı qərarını açıqladı

8 May, 2021
01:40
3788

UEFA Avropa Super Liqasını tərk edən doqquz klubla bağlı qərarını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Super Liqasının yaradılmasına cəhd göstərmiş klublara qarşı tədbirlərlə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Super Liqanı tərk etmiş doqquz klub layihəyə qoşulmanın səhv addım olduğunu etiraf etməli, UEFA, digər Avropa klubları, milli futbol federasiyaları və azarkeşlərdən üzr istəməlidir. Cəza tədbiri olaraq, doqquz klubun hər biri 15 milyon avro ödəməlidir ki, bu məbləğ Avropada uşaq və gənclərlə bağlı futbol layihələrinə yönəldiləcək.

Bununla yanaşı, Super Liqadan ayrılan klublar UEFA turnirlərindən əldə etdikləri illik gəlirlərin 5%-dən məhrum ediləcək. Əgər bundan sonra da analoji cəhdlər olarsa, klublar 100 milyon avro cərimə ödəyəcəklər.

Qeyd edək ki, artıq Super Liqanı tərk etmiş “Arsenal”, “Milan”, “Çelsi”, “Atletiko”, “İnter”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Totenhem”in UEFA-nın şərtlərini qəbul etdikləri açıqlanıb.

Xatırladaq ki, “Yuventus”, “Real” və “Barselona” hələ də Super Liqada qalmaqda davam edir. Onlar barəsində qərarın UEFA-nın İntizam Komitəsi tərəfindən qəbul ediləcəyi bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri