6 
May
2021
22:40
269
51
6895
yuxarı
Neymar “Barselona”ya görə PSJ ilə danışıqları dayandırdı
6 May, 2021
22:40
6895
269
51
Neymar “Barselona”ya görə PSJ ilə danışıqları dayandırdı
PSJ-nin hücumçusu Neymar yenidən “Barselona”ya qayıda bilər.
Bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
Məlumata əsasən, braziliyalı oyunçu katalon klubunun onunla maraqlanmasının ardından hazırkı klubu ilə yeni müqavilə barədə aparılan danışıqları dayandırıb.
Neymarın bu qərarına “Barsa”nın hücumçusu Messi ilə şəxsi münasibəti səbəb olub.
Belə ki, Neymar və Messinin dost olması və PSJ-li futbolçunun yenidən argentinalı ilə birlikdə oynamaq arzusu heç kim üçün sirr deyil.
Yayılan xəbərlərə görə, “Barselona” rəbərliyi 100 milyon avro müqabilində Neymarı almağı düşünür. Hücumçunun fransız klubu ilə müqaviləsi isə gələn ilin yayında bitir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək