22 
Apr
2021
17:30
19
138
1690
Virtual karabakh

Federasiya prezidenti türkiyəli dostunun koronovirusdan ölməsindən danışdı - FOTO

22 Apr, 2021
17:30
1690

Federasiya prezidenti türkiyəli dostunun koronovirusdan ölməsindən danışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə Karate Federasiyasının (TKF) COVID-19-dan rəhmətə gedən prezidenti Esat Dəlihasanı aprelin 20-də dəfn etdilər. Onunla bizim tanışlığımız uzun müddətə dayanır, məni özünə böyük qardaş sayırdı, daha təcrübəli olduğum üçün hər zaman məndən məsləhət alırdı”.

Bunu Oxu.Az-a Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov deyib.

Esat Dəlihasanın 51 yaşında dünyasını dəyişməsi Azərbaycan karate ictimaiyyətini də məyusluğa qərq edib. AMKF öz saytı vasitəsilə qarşı tərəfə başsağlığı verib. Y.Bəşirov yaxın dostunu necə itirməsindən və münasibətlərindən danışıb:

“Koronavirusa çoxdan yoluxmuşdu, amma xəstəxanaya getməmişdi. Sonra gördülər ki, temperaturu yüksəlir, apardılar xəstəxanaya. Ölümündən iki gün əvvəl zəng edəndə mənə dedilər ki, artıq komaya düşüb, temperaturu da 40-dır. Yeməyi boru ilə verirdilər. Sonuncu dəfə onunla iki həftə əvvəl danışa bilmişdim.

30 aprel - 2 may tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda Premyer Liqa yarışı keçiriləcək. Ümid edirdik ki, orada görüşəcəyik, amma qismət olmadı.

Türkiyə karatedə yüksək nailiyyətləri olan ölkədir. Esatın olması mənə də böyük dəstək idi. 2009-cü ildən TKF-nın prezidenti idi, gözəl insan idi. Onu karateçi kimi döyüşdüyü vaxtlardan tanıyırdım, sonra məşqçiliyə başlamışdı. Onadək TKF prezidentləri idmançı yox, bizim bəzi federasiyalardakı kimi iş adamları idi.

O bu ilin martında Bakıda keçirilməli olan Premyer Liqa yarışının pandemiya səbəbindən baş tutmamasından sonra İstanbula salınmasında onlar arasında olan dostluq münasibətlərinin böyük rol olduğunu bildirib:

“2015-ci ildə – Bakıda keçirilmiş I Avropa Oyunlarından qabaq WKF-in İcraiyyə Komitəsinə mən təyin olunmalıydım. Espinos mənə dedi ki, hələ tələsmə, siyasi baxımından Türkiyənin nümayəndəsinin burada təmsil olunması lazımdır. Mən də Esatla dostluq münasibətlərinə görə geri çəkildim (Y.Bəşirov hazırda WKF-də Texniki Komissiyanın üzvüdür – S.M.)

Ümumdünya Şotokan Federasiyasına (WSF) onun prezident olması təklifini də mən vermişdim. Ümumdünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos mənə prezident olmağı demişdi. Mən də dedim ki, bu qurumu türklər yaradıb, qoy Esat olsun (Yaşar Bəşirov hazırda WSF-nin beş vitse-prezidentindən biridir – S.M.). Yəqin ki bundan sonra həmin federasiyanın prezidenti mən təyin ediləcəyəm”.

Qeyd edək ki, Esat Dəlihasan Türkiyə Karate Federasiyasının prezidenti olmaqla yanaşı, Ümumdünya Karate Federasiyasının və Avropa Karate Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Aralıq dənizi Karate Federasiyasının vitse-prezidenti idi.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri