Mar
2021
10:06
144
250
10632
Virtual karabakh

Kubalı boksçu azərbaycanlı xanımla evləndi - FOTO

5 Mar, 2021
10:06
10632

Kubalı boksçu azərbaycanlı xanımla evləndi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Boks millimizin Kuba əsilli üzvü Azərbaycanda subaylığın daşını atıb.

Oxu.Az-ın xəbərinə görə, Alfonso Dominqes Nigar adlı azərbaycanlı xanımla evlənib.

II Avropa Oyunlarının qalibi, 81 kq çəki dərəcəsində yarışan legioner Türkiyəyə getməzdən öncə evlilik təklifi ilə çıxış edib. Mərasimdə Olimpiya mükafatçısı, I Avropa Oyunlarının qalibi olmuş digər kubalı legionerimiz Lorenso Sotomayor da iştirak edib.

Qeyd edək ki, boks millimiz hazırda Türkiyənin Kastamonu bölgəsində təlim-məşq toplanışı keçir. Alfonso Dominqes də həmin hazırlıq prosesində iştirak edir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri