25 
Yan
2021
23:40
85
30
1710
Virtual karabakh

Vahid Nəzərov: “Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının İcraiyyə Komitəsinə namizədlərdənəm”

25 Yan, 2021
23:40
1710

Vahid Nəzərov: “Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının İcraiyyə Komitəsinə namizədlərdənəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsinə, Texniki Komitəyə və Elmi Şuraya namizədliyim verilib”.

Bunu Oxu.Az-a Azərbaycan Ağır Atletika Federasiyasının Hakimlər Kollegiyasının üzvü, millimizin sabiq baş məşqçisi Vahid Nəzərov deyib.

Azərbaycan martda Türkiyədə keçiriləcək IWF-nin seçkiləri üçün öz namizədi kimi Vahid Nəzərovun adını təqdim edib.

“24-27 mart tarixlərində İstanbulda Konqresə seçkilər keçiriləcək, orada federasiyanın yeni prezidenti seçiləcək. Həm də federasiyanın qurumlarına seçkilər baş tutacaq. Əsas istəyim IWF-nin İcraiyyə Komitəsinə seçilməkdir. Çünki Azərbaycandan heç vaxt bu vəzifəyə seçilən olmayıb”, - deyə V.Nəzərov qeyd edib. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri