21 
Yan
2021
22:31
12
96
2495
Virtual karabakh

FİFA-dan qapalı Avropa Superliqası ilə bağlı bəyanat - FOTO

21 Yan, 2021
22:31
2495

FİFA-dan qapalı Avropa Superliqası ilə bağlı bəyanat - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası FİFA və altı qitə konfederasiyası qapalı Avropa Superliqasının yaradılması ilə bağlı gəzən şayiələrə aydınlıq gətirmək üçün birgə bəyanat yayıb.

Bu barədə məlumat FİFA-nın rəsmi “Tvitter” hesabında paylaşılıb. Bütün qitə federasiyaları və FİFA rəhbərləri tərəfindən imzalanan bəyanatda şayiələrin həqiqəti əks etdirmədiyi bildirilib.

“Əgər belə bir hal baş verərsə, bu liqanın bizim tərəfimizdən tanınması qeyri-mümkündür və idman prinsiplərinə ziddir. Liqada iştirak edəcək klublar bizim turnirlərə buraxılmayacaq”, - deyə sənəddə bildirilir.

Qeyd edək ki, UEFA-nın nəzarətindən kənar qapalı Avropa Superliqasının yaradılması ideyası artıq bir neçə müddətdir ki, futbol ictimaiyyəti arasında dolaşır. Artıq bir sıra nəhəng klublar, o cümlədən də “Bavariya”, “Borussiya” (Dortmund), “Real”, “Yuventus”, “Arsenal”, “Barselona” və “Milan” bu fikri dəstəkləyiblər. Yeni Avropa Superliqasının Çempionlar Liqasına alternativ olaraq yaradılması nəzərdə tutulur. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri