29 
Noy
2020
00:30
964
10
4125
Virtual karabakh

Peşəkar boksçumuz ABŞ-da rinqə “Karabakh is Azerbaijan” forması ilə çıxıb - VİDEO

29 Noy, 2020
00:30
4125

Peşəkar boksçumuz ABŞ-da rinqə “Karabakh is Azerbaijan” forması ilə çıxıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, həvəskar boks millimizin sabiq üzvü, üçqat dünya və Avropa çempionu, Olimpiya mükafatçısı Məhəmmədrəsul Məcidov peşəkar rinqdə məğlubedilməzliyini qoruyub saxlayır.

34 yaşlı dağıstanlı idmançı ABŞ-ın Florida ştatının Hollivud şəhərində keçirilmiş boks gecəsində Puerto Riko təmsilçisi Saret Delqado ilə döyüş üçün rinqə “Karabakh is Azerbaijan” (“Qarabağ Azərbaycandır”) və “Pray for Ganja” (“Gəncə üçün dua et”) sözləri yazılmış qara formada gəlib. O, rinqə “Dəyirman” qrupunun “Ya Qarabağ, ya ölüm” mahnısının sədaları altında çıxıb.

Boksçu üçüncü raundun 40-cı saniyəsində rəqibini texniki nokauta salıb.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov dağıstanlı olsa da, həvəskar boksda olduğu kimi, peşəkar karyerasında da döyüşə Rusiya yox, Azərbaycan bayrağı ilə çıxır. O, daha əvvəl – ötən il Ed Fauntini (ABŞ) və Tom Litlı (Böyük Britaniya) məğlub edib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri