31 
Okt
2020
23:25
1244
27
8324
Virtual karabakh

Azərbaycanlı Olimpiya çempionu Almaniyada baş məşqçi təyin olundu - ÖZƏL

31 Okt, 2020
23:25
8324

Azərbaycanlı Olimpiya çempionu Almaniyada baş məşqçi təyin olundu - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı Olimpiya çempionu Valeri Belenki Almaniyada baş məşqçi təyin olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1992-ci il Barselona Olimpiadasının qızıl medalçısı kişilərdən ibarət idman gimnastikası üzrə Almaniya millisində baş məşqçi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, 51 yaşlı məşqçi Bakıda doğulub, daha sonra Almaniyanın Ştutqart şəhərinə köçüb.

Onu da bildirək ki, Almaniya millisi 9-13 dekabrda Türkiyənin Mersin şəhərində keçiriləcək kişi idman gimnastikası üzrə Avropa çempionatında iştirak etməyəcəyini açıqlayıb. Buna səbəb koronavirus səbəbindən idmançıların həyatlarını təhlükə altına atmamaq istəyidir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri