14 
Avq
2020
11:38
36
318
24159
Virtual karabakh

Avropa çempionu 400 kiloqramlıq ştanqı qaldırarkən dizləri sındı - VİDEO

14 Avq, 2020
11:38
24159

Avropa çempionu 400 kiloqramlıq ştanqı qaldırarkən dizləri sındı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

World Raw Powerlifting Federation təşkilatı tərəfindən Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında idmançı xəstəxanalıq olub.

Oxu.Az xəbər verir ki, rusiyalı Avropa çempionu Aleksandr Sedıx 400 kq çəkini qaldıran zaman dizləri təzyiqə tab gətirməyərək sınıb.

İdmançı dərhal xəstəxanaya çatdırılıb. Xəsarət alanın sözlərinə görə, o, iki ay yataq rejimində qalmalıdır.

Qeyd edək ki, ötən il 20 yaşlı Yaroslav Radoşkeviç Rusiyadakı Avrasiya çempionatında 250 kq çəkini qaldırarkən karyerasını sonlandıran zədə ilə üzləşmişdi.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri