10 
Avq
2020
12:37
112
23
2628
Virtual karabakh

Azərbaycanlı döyüşçüyə gələn ay təzminat veriləcək

10 Avq, 2020
12:37
2628

Azərbaycanlı döyüşçüyə gələn ay təzminat veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasova kompensasiya veriləcək.

Bu barədə Oxu.Az-a onun şəxsi məşqçisi Şəhriyar Abbasov bildirib.

Onun sözlərinə görə, təzminatın məbləği sentyabrın 25-də keçiriləcək döyüş ərəfəsində bilinəcək:

“Bildiyiniz kimi, sentyabrın 25-də Nəriman Moskvada kəməri müdafiə etmək üçün döyüşə çıxacaq. Məhz onda biz kompensasiya üçün sənədə qol çəkəcəyik. Elə həmin vaxt bizə nə qədər pul ödəniləcəyi bilinəcək. Döyüş üçün qonorar aldığımız zaman, həmin məbləğ də veriləcək”.

Qeyd edək ki, “Fight Nights Global” təşkilatının rəhbəri Kamil Hacıyev apreldə Rusiya mətbuatına açıqlamasında təxirə salınan döyüşlərə görə idmançılara kompensasiya veriləcəyini açıqlamışdı.

Nəriman Abbasovun aprelin 18-də döyüşəcəyi “Fight Nights Global 98” turniri təxirə salındığından idmançımıza da təzminat veriləcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri