30 
İyn
2020
11:07
17
204
1789
Virtual karabakh

Dubayda keçirilməli olan yarış Bakıda təşkil olunacaq

30 İyn, 2020
11:07
1789

Dubayda keçirilməli olan yarış Bakıda təşkil olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda karate üzrə Premyer Liqa yarışı keçiriləcək.

Bu barədə Oxu.Az-a Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məlumat verib:

“Bildiyiniz kimi, bu ilin noyabrında BƏƏ-nin Dubay şəhərində keçirilməli olan dünya çempionatı gələn ilə təxirə salınıb. Həmin il isə fevralda həm də Dubay Premyer Liqası yarışı var. Lakin Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinos bir ildə Dubayda iki yarışın təşkil olunmaması üçün bizə jest edib.

Bu il Bakıdakı Avropa çempionatı ləğv olunduğu üçün hər ilin mart ayında keçirdiyimiz Baku Open beynəlxalq turniri bu dəfə Premyer Liqa kimi təşkil olunacaq. Gələn il 12-14 mart tarixlərində XII Baku Open yarışı Premyer Liqanı əvəzləyəcək. Həmin yarışın Olimpiadaya lisenziya verib-verməməsi daha sonra müəyyənləşəcək”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri