25 
May
2020
15:44
64
24
3179
Virtual karabakh

Türkiyəli ulduz futbolçu: “İnter”dəki karyeramı o bitirdi”

25 May, 2020
15:44
3179

Türkiyəli ulduz futbolçu: “İnter”dəki karyeramı o bitirdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Beşiktaş” klubunun təcrübəli futbolçusu Caner Erkin “İnter”də çıxış etdiyi günlərlə bağlı İtaliya mətbuatına açıqlama verib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Caner Erkin “İnter”də Roberto Mançini dövründə hər şeyin qaydasında getdiyini, ancaq Frank de Bur gəldikdən sonra arzu olunmadığını anladığını və komandadan ayrıldığını açıqlayıb.

Türkiyəli ulduz, həmçinin, Frank de Burun “İnter” kimi böyük bir klubda necə baş məşqçi olmasını başa düşmədiyini də sözlərinə əlavə edib.

“Mançini vəzifədən ayrıldıqdan sonra mən komandada qalaraq, savaşmaq istədim. Ancaq vəzifəsinin icrasına başlayan Frank de Burun mənə qarşı davranışı heç xoş deyildi. Mançini məni sol cinahda oynatmaq istəyirdi və mövsüm öncəsində oynanılan bütün qarşılaşmalarda şans vermişdi.

Mənə çox güvənirdi, getməyinə məyus oldum. Futbolda hər şey ola bilər. O komandanın bir parçası olmağımla fəxr edirdim. Getdiyimiz hər yerdə çox populyar idik. Ancaq Frank de Burun mövqeyi çox kobud idi. İtaliyaya ayaq qoyduğu gündən etibarən heç vaxt planlarında yer almadım. Onun mövqeyi futbol karyeramı tamamilə dəyişdirdi.

Frank de Burun necə insan olduğunu hər kəs bilir. “İnter” kimi bir klubda nəyə görə çalışdığını hələ də anlaya bilmirəm. Mənə etdiklərindən sonra onun haqqında yaxşı düşüncəm olmadı və əsla olmayacaq”, - deyə C.Erkin bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri