23 
May
2020
13:16
19
108
3834
Virtual karabakh

Mahmud Qurbanov: “Mahir Şükürov düz demir, lotoda ən çox udan başqaları olub” - MÜSAHİBƏ

23 May, 2020
13:16
3834

Mahmud Qurbanov: “Mahir Şükürov düz demir, lotoda ən çox udan başqaları olub” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” klubunun əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanovun Oxu.Az-a müsahibəsi:

– İyunun 1-dən etibarən futbolun bərpası mümkün ola bilər. Bu qərarı necə qarşıladınız?

– Bizim üçün çox sevindirici oldu. Düşünürəm ki, iyunun 1-dən idman yarışlarının, eləcə də, futbol matçlarının keçirilməsinə icazə veriləcək. Premyer Liqa, I divizion və 19 yaşadək futbolçular arasında çempionatın keçirilməsinin tərəfdarıyam. Ayın 1-dən qadağa götürülsə, yaxşı olar.

– “Neftçi”nin əvəzedici komandası I divizionda lider “Turan Tovuz”dan səkkiz xal geridədir. Üstəlik, rəqib sizdən bir oyun az keçirib. Birincilik bərpa olunsa, çempion olacağınıza ümid var?

– Şans həmişə var. Əsas odur ki, ondan düzgün istifadə edəsən. Belə baxanda, biz özümüz də çempion olmaq istəyirik. Amma əvəzedicilərin çempion olması o qədər də önəm kəsb etmir. Əsas odur ki, “Neftçi”nin birinci komandasına hazır oyunçu verə bilək. Mənim üçün də, “Neftçi” üçün də bu, daha yaxşı olar.

– Belə başa düşdüm ki, rəhbərlik çempion olmaq üçün qarşınıza konkret hədəf qoymayıb...

– Yox. Amma özüm də istəyirəm ki, komanda yaxşı yer tutub, mükafatçılar sırasına düşsün. Çünki xarakterin formalaşması üçün uşaqlar qələbə ruhunu hiss etməli, onu dadmalıdırlar.

– 2004-cü ildə sizin Latviyanın paytaxtı Riqaya səfəriniz zamanı maraqlı görüntüləriniz yayılıb. Orada oyundan əvvəl loto oynadığınız görünür. 16 il əvvələ qayıtsaq, bu barədə nə deyə bilərsiniz?

– Çox maraqlı görüntülər idi. Açığı, mənim arxivimdə yox idi. Ovaxtkı baş məşqçimiz Karlos Alberto Torres belə bir ənənə qoymuşdu ki, hər oyundan qabaq loto oynayırdıq. Həm ev, həm də səfər oyununda. Düzdür, ev matçları öncəsi lotoda udanların qazancı daha çox olurdu. Onlar musiqi mərkəzi, videomaqnitofon, tozsoran və s. udurdular. Səfərə isə bu əşyaları daşımağın yeri yox idi. Ona görə də udanlara AFFA-nın suvenirlərini verirdilər.

– Riqada udduğunuz boşqab suvenirini saxlayırsınızmı?

– Evdə durur. Elə şeyləri saxlayıram.

– Mahir Şükürov lotoda bəxti gətirənlər arasında sizin də adınızı çəkib...

– Sizin saytınızda onun açıqlamasını oxumuşdum. Nəyə görəsə mənim də adımı çəkib. Amma ən çox udan başqaları olub. Mən bəzən udurdum. Ən çox udan Rafael Əmirbəyov idi, bir də Emin Ağayev. Mən də hərdən onların arasında olurdum (gülür).

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri