23 
May
2020
12:44
143
41
6119
yuxarı
MMA döyüşçüsü Nurməhəmmədovun atasına müraciət etdi
23 May, 2020
12:44
6119
143
41
MMA döyüşçüsü Nurməhəmmədovun atasına müraciət etdi
Rusiyalı MMA döyüşçüsü Tahir Ulanbekov Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədova müraciət edib.
Bu barədə idmançı “Instagram” hesabında yazıb.
T.Ulanbekov mayın 22-də UFC ilə müqavilə imzalayıb.
“Bugünkü səviyyəyə çatdığım üçün bu insana çox şey borcluyam. Onun yanına necə gəldiyimi və mənim üçün etdiklərini xatırlayıram. Bu insan mənə, ailəmə çox əmək, vaxt və əsəblərini sərf edib”, - deyə idmançı yazıb.
Xatırladaq ki, A.Nurməhəmmədov koronavirus diaqnozu ilə Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək