May
2020
16:18
119
66
7077
Virtual karabakh

Slovakiyalı hücumçu Azərbaycan klubu ilə müqavilə bağladı - FOTO

8 May, 2020
16:18
7077

Slovakiyalı hücumçu Azərbaycan klubu ilə müqavilə bağladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərreyl” klubu yeni mövsüm üçün ilk transferini edib.

Oxu.Az Bakı klubunun “Facebook” səhifəsinə istinadən xəbər verir ki, slovakiyalı hücumçu Romana Hudetsova ilə müqavilə imzalayıb.

Müqavilənin müddəti növbəti mövsümün sonunadək nəzərdə tutulub.

27 yaşlı hücumçu Slovakiya millisinin üzvüdür. O, üç dəfə Slovakiya çempionu olub, bir dəfə ölkə kubokunu qazanıb. Son oynadığı komanda Türkiyə ikinci liqasında çıxış edən Ankaranın “Astor” klubu olub.

“Azərreyl”in baş məşqçisi Onat Kurt bu transfer barədə danışarkən onu tərifləyib:

“Hesab edirik ki, Romana bizə böyük xeyir verəcək. Onun enerjili sıçrayışı, servisdə və hücumda topla əla rəftarı var”.

Qeyd edək ki, “Azərreyl” 2020/21 mövsümündə Azərbaycanı “Challenge Cup” turnirində təmsil edəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri