28 
Mar
2020
11:46
171
36
4411
yuxarı
Koronavirusa yoluxan məşhur futbolçu palatada məşq etdi - VİDEO
28 Mar, 2020
11:46
4411
171
36
Koronavirusa yoluxan məşhur futbolçu palatada məşq etdi - VİDEO
Koronavirusa yoluxan məşhur futbolçu Maruan Fellaini xəstəxana palatasında məşqi ilə bağlı görüntüləri yayıb.
Lenta.ru-nun məlumatına görə, o, videonu “Instagram” səhifəsində paylaşıb.
“Xəstəxanadayam, lakin günü-gündən güclənirəm”, - deyə, idmançı yazıb.
Qeyd edək ki, Çinin “Şandun Lunen” klubunun belçikalı futbolçusu və 2018-ci il dünya çempionatının bürünc mükafatçısı olan Fellaini hazırda Tszinan xəstəxanasındadır.
Fellaini İngiltərə Premyer liqasında çıxışı ilə tanınıb. Müxtəlif illərdə o, “Everton” və “Mançester Yunayted”də oynayıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək