19 
Yan
2020
23:16
351
75
31192
Virtual karabakh

Nurməhəmmədov Konorla revanş üçün şərtlərini açıqladı

19 Yan, 2020
23:16
31192

Nurməhəmmədov Konorla revanş üçün şərtlərini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən səs-küylü döyüşlərindən birinin revanşı baş tuta bilər.  

Oxu.Az xəbər verir ki, Həbib Nurməhəmmədov həmkarı Konor Makqreqorun ikinci dəfə döyüşmək təklifinə razılıq verib.  

Revanş döyüşü isə təbii ki yüksək pul müqabilində baş tutacaq.  

Yenilməz UFC çempionunun atası və daimi məşqçisi Abdulmanap Nurməhəmmədov “Dağıstan qartalı”nın İrlandiyalı döyüşçü ilə hansı məbləğə döyüşəcəyini açıqlayıb:  

“Bizə də Konor ilə yenidən döyüşmək lazımdır. Ancaq bunun üçün 100 milyon dollar verin. Ferqyusonla döyüşdən bir gün sonra bu məbləği ver, niyə də revanş olmasın ki?”, - deyə Abdulmanap Nurməhəmmədov məsələni şərh edib.  

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri