Dek
2019
15:13
237
22
3616
Virtual karabakh

Uşaq taekvondoçular Avropa çempionatından yeddi medalla qayıdır - YENİLƏNİB + FOTO

8 Dek, 2019
15:13
3616

Uşaq taekvondoçular Avropa çempionatından yeddi medalla qayıdır - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyada uşaqlar arasında keçirilən Avropa birinciliyinə bu gün yekun vurulub.

Oxu.Az xəbər verir ki, son gün daha iki taekvondoçu mükafatçılar sırasında yer alıb. Elmira Bayrak (-22 kq, “Təhsil” Sumqayıt) və Süleyman Həsənov (-26 kq, Gədəbəy GİK) bürünc medal qazanaraq öz çəki dərəcələrində Avropa üçüncüsü olub. Bununla da 10 idmançı ilə qatılan komandamız Bakıya yeddi medalla qayıdacaq. 

14:33

Almaniyanın Zindelfinqen şəhərində uşaq taekvondoçular arasında keçirilən Avropa birinciliyində Azərbaycan beş medal qazanıb.

Oxu.Az xəbər verir ki, “Ümid” taekvondo klubunun yetirməsi olan Mehdi Budaqlı (-27 kq) yarışın qızıl medalına sahib olub. Aydın Süleymanov (-32 kq, Sumqayıt Təhsil), Mürşüd Qasımov (-39 kq, “Əmin” t.k.) və Tamerlan Yaqubov (-29 kq, FHN) gümüş medal, Fərid Quşxani (-35 kq, “Ümid” t.k.) isə birinciliyi bürünc medalla başa vurub.

Xatırladaq ki, Avropa birinciliyinə respublikamızda fəaliyyət göstərən taekvondo klub və bölmələrindən 10 idmançı qatılıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri