5 
Dek
2019
16:59
188
45
5623
yuxarı
Messi: Mən Sadio Maneni seçərdim
5 Dek, 2019
16:59
5623
188
45
Messi: Mən Sadio Maneni seçərdim
“Barselona”nın hücumçusu Lionel Messi “Qızıl top” mükafatının nəticələri barədə fikirlərini bölüşüb.
“Canal+” xəbər verir ki, altı dəfə “Qızıl top” mükafatına layiq görülən hücumçu Liverpulun qol silahı Sadio Manenin sıralamada dördüncü yer tutmasına heyfsiləndiyini bildirib.
“Hesab edirəm ki, bu il bir çox möhtəşəm oyunçunun namizədliyi irəli sürülmüşdü. Kiminsə adını çəkmək çətindir... Mən Sadio Maneni seçərdim. O, mənim bəyəndiyim futbolçudur. Mane bütün komanda üçün uğurla nəticələnən inanılmaz mövsüm keçirdi”.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək