21 
Noy
2019
22:00
113
73
12701
Virtual karabakh

Nurməhəmmədov: Putin zəng elədi, dedim ki, yəqin məni döymək istəyirlər - VİDEO

21 Noy, 2019
22:00
12701

Nurməhəmmədov: Putin zəng elədi, dedim ki, yəqin məni döymək istəyirlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Döyüşdən sonra qarışıq hislər yaşayırdım.

Oxu.Az xəbər verir ki, bu sözləri UFC çempionu Həbib Nurməhəmmədov Konor Makqreqorla aralarındakı döyüş barədə danışarkən deyib.

“Məni qalib elan edəndə soyunub-geyinmə otağında idim. 300 mühafizəçinin əhatəsində oturmuşdum.

Vladimir Putin zəng edib necə olduğumu soruşdu. Mən tribuna yaxınlığında 300 nəfərin əhatəsində oturduğumu dedim. Dedim ki, yəqin məni döyməyə toplaşıblar”, - idmançı bildirib. 

Nurməhəmmədov həmçinin Makqreqorun 2019-cu ilin oktyabrında Moskvada keçirilən mətbuat konfransında revanşa ümid etdiyini söyləməsinin həqiqəti əks etdirmədiyini deyib:

“Onu 4 raund boğdum, döydüm. Axı o, özü bunun sona çatması üçün əlini vurdu. Düşünürəm ki, o, döyüş istəmir”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri