26 
Apr
2019
16:59
39
389
6414
Virtual karabakh

Azad Rəhimov: Roman Abramoviç bizim adamdır

26 Apr, 2019
16:59
6414

Azad Rəhimov: Roman Abramoviç bizim adamdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilən “Formula-1” yarışlarından əvvəl jurnalistlərlə söhbət zamanı Azərbaycan paytaxtında keçiriləcək Avropa Liqasının final oyunu ilə bağlı danışıb. 

“Sport-Express” xəbər verir ki, A.Rəhimov yarımfinalda mübarizəni davam etdirən komandalardan “Çelsi”yə azarkeşlik edəcəyini deyib:

“Hazırda biz “Formula-1” Qran-prisini keçiririk. Tezliklə Bakıda Avropa Liqasının finalı keçiriləcək. Bu, böyük hadisədir. Biz kimi istəyirik? Həlledici oyunda əsla İngiltərə finalı istəmirəm. Ancaq “Çelsi”yə azarkeşlik edəcəyəm. Hər halda Roman Abramoviç bizim adamdır”.

“İngiltərəli azarkeşlərdən qorxursunuz?” sualını nazir belə cavablandırıb: 

“Bilirəm ki, onlara xeyli pivə lazım olacaq. Amma biz hazırıq. Bütün pivə zavodları tam gücü ilə işləyir. Amma onların nəyisə dağıdacaqlarını düşünmürəm. Çünki başqa yerlərdə də dağıtmayıblar”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri