26 
Apr
2019
18:35
38
234
3894
Virtual karabakh

“Reno” pilotu: Bakıda yarışmaq müsbət mənada xaotikdir

26 Apr, 2019
18:35
3894

“Reno” pilotu: Bakıda yarışmaq müsbət mənada xaotikdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yarışmaq həyəcanvericidir. İndiyədək burada yarış zamanı çoxlu dramaya, təhlükəsizlik maşınının dəfələrlə trekə daxil olmasına və bunun kimi digər xüsusi məqamlara şahid olmuşuq. Görək, bu il necə olur. 

Oxu.Az xəbər verir ki, bunu “Formula-1” pilotu, “Haas” bolidinin pilotu, danimarkalı Kevin Maqnusen deyib.

“Bu il hamı ehtiyatla yanaşır və bunun nəticəsində sıxıcı yarış görə bilərik. Düzünə qalsa, dəqiq bilmirəm. Zövqverici trekdir, burada sürmək əyləncəlidir və əlbəttə ki, yarışmaq və ötmələr etmək baxımından geniş fürsətlərə sahib oluruq. Həqiqətən də, yarışmaq üçün yaxşı məkandır”, - o qeyd edib.

İki il öncə Böyük Britaniyanın “Williams” komandasının heyətində Bakıda üçüncü yeri tutmuş “Racing Point”in kanadalı sürücüsü Lens Strol bildirib ki, podiumda olmaq son dərəcə əhəmiyyətlidir: 

“Bakıda yer tutduğum gün mənimçün çox əlamətdar idi. Burada hər il eyni fürsət mövcuddur. Yarış zamanı trek daxilində xaotik vəziyyət hakim olur, xüsusən də sonuncu dörd-beş dövrə ərzində. Ötən ildə olduğu kimi, təhlükəsizlik maşını arxasında yarışa davam etmək nəticəsində hər zaman daha irəliyə keçmək imkanı yaranır və nəticədə, görəcəyik bu il qarşımıza hansı fürsətlər çıxır”.

Fransa “Reno”sunun almaniyalı pilotu Niko Hülkenberk isə Bakı trekinin mötəşəm olduğunu söyləyib: 

“Burada yarışmaq son dərəcə çətin, həmçinin, müsbət mənada xaotikdir. Başqa sözlə, hərtərəfli şəkildə gözəldir. Xüsusən birinci döngədə çox gözəl mənzərə yaranır. Bolidin içərisindən bunu izləmək də olduqca əyləncəlidir”. 

İsveçrənin “Alfa Romeo” komandasının italiyalı pilotu Antonio Covinatsi ötən il Bakıda keçirilmiş “Formula-2” yarışında qalib olduğunu xatırladıb: 

“Bura aid məndə gözəl xatirələr var. 2016-cı ildə ilk dəfə “Formula-2” yarışlarında iştirak edirdim və həmin il Bakıdakı hər iki yarışın qalibi oldum. Səbirsizliklə yarışı gözləyirəm. Bilirəm ki, çox çətin yarış olacaq. Hər zamankı kimi, trekə dəfələrlə təhlükəsizlik maşınının daxil olması və başqa xüsusi məqamlara şahid ola bilərik. Budəfəki yarışı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, sabah “Formula-1”də sıralama turu olacaq.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri