May
2024
12:10
154
15
1047
Virtual karabakh

ANAMA nümayəndələri səyahətçilərə Qarabağda minatəmizləmə işləri barədə məlumat veriblər - YENİLƏNİB + FOTO

4 May, 2024
12:10
1047

ANAMA nümayəndələri səyahətçilərə Qarabağda minatəmizləmə işləri barədə məlumat veriblər - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq səyahətçilər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ regionunda yerləşdirdiyi minaların azərbaycanlı istehkamçılar tərəfindən zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.

“Report” xəbər verir ki, norveçli turistlər Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi yaxınlığında minalardan təmizlənmə prosesini müşahidə ediblər.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri qonaqlara işğaldan azad edilmiş ərazilərin mülki minalardan təmizlənməsi və gələcəkdə görüləcək işlərlə bağlı məlumat veriblər.

Qonaqlara həmçinin əvvəllər aşkar edilmiş və zərərsizləşdirilmiş tank əleyhinə minaların partladılması nümayiş etdirilib.

11:07

Beynəlxalq səyyahlar Xudafərin körpüsündən sonra Cəbrayılın Cocuq Mərcanlı kəndinə səfər ediblər.

APA-nın Qarabağ bürosu xəbər verir ki, səyyahlar burada ANAMA-nın minatəmizləmə əməliyyatları ilə tanış olublar. Onlara ermənilər tərəfindən işğalı dövründə Cocuq Mərcanlının minalarla çirkləndirməsi ilə bağlı ətraflı məlumat verilib.

09:11

Beynəlxalq səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri davam edir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”un 30 nəfərlik geniş heyəti işğaldan azad edilmiş Cəbrayıl rayonuna səfər edib.

Səyyahlar unikal tarixi abidə sayılan Xudafərin körpüsündə olublar.

Onlara Xudafərin körpüsü barədə, həmçinin, Ermənistan silahlı qüvvələrinin törətdiyi vəhşiliklər haqqında məlumat verilib. Bildirilib ki, ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla, yüksək memarlıq-mühəndis həlli və digər xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının dəyərli abidələrindəndir.

Tarixən İpək Yolunun üzərində yerləşən körpülərdən biri 15, digəri 11 aşırımlıdır.

XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir.

Diqqətə çatdırılıb ki, digər ərazilər kimi bu yerlər də dağıntılara məruz qalıb, işğal illərində evlər talan olunub, təbiət isə məhv edilib. Burada da bir çox tarixi-dini abidələr ermənilər tərəfindən təhqir edilib, məscidlərdə heyvan saxlanılıb, qəbirlər qazılaraq dağıdılıb.

Vurğulanıb ki, məhz işğaldan azad edildikdən sonra Şərqi Zəngəzurda həyat canlanmağa başlayıb və Azərbaycan tərəfindən mühüm layihələr üzrə işlər aparılır.

Xatırladaq ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, “NomadMania”, o cümlədən bu klubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər Klubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” heyətlərinin ötən 4 ildə 9 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib.

Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünya şöhrətli “Vagaclub”unun səfəri bu qəbildən olan sayca 10-cu səfərdir.

Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq imkanı qazanıb. Onların vasitəsilə dünyada milyonlarla insan Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri