May
2024
10:59
28
5
578
Virtual karabakh

Amerika Dövlətləri təşkilatının rəsmisi: “Sosial mediada nifrət nitqləri artıb”

2 May, 2024
10:59
578

Amerika Dövlətləri təşkilatının rəsmisi: “Sosial mediada nifrət nitqləri artıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sosial mediada nifrət nitqləri artıb”.

Oxu.Az xəbər verir ki, bunu Amerika Dövlətləri təşkilatının komissarı Fernando Lottenburq Mədəniyyətlərarası Dialoq Forumunda “Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd” panel sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, sosial mediada nifrət nitqləri 30 faiz artıb:

“Məlumatların keyfiyyətini təmin etməliyik. Hər kəs özü də anlamalıdır. Bəzi qruplara qarşı xüsusilə nifrət nitqləri yayırlar. Biz düşünməliyik. İnsanlara da təsirini göstərir. Bəzən ifadə azadlığı da nifrət nitqlərinin yayılmasına imkan yarada bilər”.

F.Lottenburq əlavə edib ki, “X” sosial media platformasında nifrət nitqləri daha çox artıb:

“Yavaş -yavaş dövlətlər və vətəndaş cəmiyyətləri oyanacaq. Daha çox insan təsir altında siqnallar göndərəcək. Gücümüzü göstərməliyik”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri