30 
Apr
2024
19:08
10
82
4145
Virtual karabakh

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

30 Apr, 2024
19:08
4145

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 1-də Bakının Binəqədi rayonunun və Zaqatala rayonunun bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

“Binəqədi rayonunun Biləcəri qəsəbəsi, 5 035 məhəllədə qaz xəttinin yerinin dəyişdirilməsi, DSK yolu adlanan ərazidə yeraltı qaz xəttində aşkar olunmuş sızmanın “Təmiz Qaz” QSC tərəfindən ləğv edilməsi və Sulutəpə qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi, qaz təchizatı şəbəkəsində deformasiyaya uğramış müxtəlif diametrli xətlərin təmiri, həmçinin “Zaqatala” QPS-də qaz tənzimləyicidən əvvəl qaz xətti üzərində təmizləyici filtirin quraşdırılması ilə əlaqədar mayın 1-də saat 10:00-dan “Biləcəri (Sulutəpə)”, “(Sulutəpə) Çiçək”, “BMSK” və “Biləcəri Mədən” ölçü qovşaqlarından və “Zaqatala” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır”, - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun (DSK yolu və Çiçək yaşayış massivi, Sulutəpə, Xocəsən, Biləcəri, Binəqədi qəsəbələri) və Zaqatala rayonunun (Zaqatala şəhəri və Aşağı Tala, Yuxarı Tala, Muxax, Zəyəm, Car, Zilban, Kebeloba, Çökək və Göyəm kəndləri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri