29 
Apr
2024
13:18
25
228
3806
Virtual karabakh

Xırdalanda gecə ilə ağacları kökündən çıxarıb izini itirdilər - FOTO/VİDEO

29 Apr, 2024
13:18
3806

Xırdalanda gecə ilə ağacları kökündən çıxarıb izini itirdilər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xırdalan şəhəri ərazisində ağaclar gecə ilə qanunsuz olaraq kökündən çıxarılaraq aparılıb.

Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, hadisə ötən gecə saat 2-də, Misir parkı ilə üzbəüz ərazidə qeydə alınıb. 

Şikayətçinin sözlərinə görə, ərazidə obyekt tikintisi aparılır. Bu səbəbdən də ağacları çıxarıblar. Daha sonra ağaclar çıxarılan hissəni torpaqla örtüblər. 

Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, ağaclar sözügedən ərazidəki qeyri-yaşayış obyektinin sahibi Abbas Yusifov tərəfindən götürülüb:

“Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə ilə Qalibiyyət küçələrinin kəsişməsində, Misir parkı ilə üzbəüz ərazidə ağacların götürülməsi faktı müəyyən edilib.

Araşdırma zamanı ağacların sözügedən ərazidəki qeyri-yaşayış obyektinin sahibi Abbas Yusifov tərəfindən götürüldüyü məlum olub.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.

Hadisə yerindən görüntüləri təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri