25 
Apr
2024
23:14
12
116
1699
yuxarı
Cəlilabadda baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
25 Apr, 2024
23:14
1699
12
116
Cəlilabadda baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi zamanə xəsarət alan şəxslərin kimliyi məlum olub.
“Report”un məlumatına görə, onlar Cəlilabad rayon sakinləri Asif Bayramov və onun qızı Mərcan Bayramovadır.
M.Bayramovanın vəziyyəti ağır olduğu üçün o, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
20:54
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Şabanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, VAZ-2106 markalı minik avtomobilinin yolun kənarındakı ağaclara çırpılması nəticəsində iki nəfər xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək