24 
Apr
2024
15:27
17
67
869
Virtual karabakh

Sabunçuda açıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

24 Apr, 2024
15:27
869

Sabunçuda açıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Sabunçu rayonun Sabunçu qəsəbəsində açıq ərazidə başlayan yanğın söndürülüb.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

15:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə ilkin məlumat daxil olub.

Bu barədə FHN-dən Oxu.Az-a bildirilib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri