24 
Apr
2024
12:46
33
78
9931
Virtual karabakh

Bakının mərkəzində müəmmalı obyekt: Saatlar içində yox oldu - FOTO/VİDEO

24 Apr, 2024
12:46
9931

Bakının mərkəzində müəmmalı obyekt: Saatlar içində yox oldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının tam mərkəzində, Bəşir Səfəroğlu və Rəsul Rza küçələrinin tinində səkinin üzərində qanunsuz dəmir konstruksiya quraşdırılıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanladıq.

Nəsimi Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 40 ünvanında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən monitorinq keçirilmiş və sözügedən ərazidə özbaşına təxmini sahəsi 10 kvadratmetr olan metal konstruksiyadan ibarət quraşdırma işlərinin aparılması faktı aşkar edilib.

Həmin konstruksiya heç bir icazəverici sənədlər olmadan qanunsuz quraşdırıldığından 24 aprel 2024-cü il tarixində Baş İdarə və aidiyyəti qurumlarla birlikdə aradan qaldırılması təmin edilib.

Video və şəkilləri təqdim edirik:

 

Əzizə İsmayılova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri