24 
Apr
2024
09:10
69
20
2253
Virtual karabakh

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

24 Apr, 2024
09:10
2253

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 09:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb.

Bu barədə xidmətdən Oxu.Az-a bildirilib.

Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb.

Düşən yağıntının miqdarı Şəkidə 14 mm, Qəbələdə 9 mm, Qax, Qrız, Ağsu, Şamaxı, Qobustan, Şahbuz, Bakıda və Abşeron yarımadasında 3 mm-dək olub.

Aprelin 23-də şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 27, Aran rayonlarında 31, dağlıq rayonlarda 20, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək isti olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri