23 
Apr
2024
13:04
138
21
5640
Virtual karabakh

Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO

23 Apr, 2024
13:04
5640

Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə Azərbaycanda bir nəfərin yolda hərəkətdə olan avtomobillərə silah tuşlamasını əks etdirən görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, ərazidəki digər şəxslər həmin hadisəni videoya çəkərək paylaşıblar.

Hadisə ictimaiyyət tərəfindən etirazlara səbəb olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülər bir müddət əvvəl Gəncə şəhərində qeydə alınıb:

“Şəxsin oyuncaq silahla avtomobillərin qarşısını kəsməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Həmin şəxsin psixi problemləri olan şəhər sakini Ə.Gülməmmədovun olması müəyyən edilib. Şəxs və onun valideyni ərazi üzrə polis şöbəsinə dəvət olunaraq profilaktiki söhbət aparılıb.

Polis həmin şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edib”.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri